Xəbər lenti

Kiyev azərbaycanlı məmura casusluq təklif etdi
Ölkə06:28 16.01.2018

Kiyev azərbaycanlı məmura casusluq təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Milli Antikorrupsiya Bürosu mənə əməkdaşlıq təklif edib.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri, milliyyətcə azərbaycanlı olan Roman Nəsirov söyləyib.
"Bir neçə dəfə dedilər ki, mən köməkdən imtina etsəm, o zaman şübhə altına düşəcəyəm. Kömək etmək nə deməkdir? Büroda bunu əməkdaşlıq hesab edirdilər. Fikrimcə, bu, şantaj idi. Mən onların xəfiyyəsi olmaqdan imtina etdim”, - Nəsirov bildirib.
Qeyd edək ki, Nəsirov bundan öncə öz səlahiyyətlərindən sui-istifadədə və dövlətə 2 milyard qriven ziyan vurmaqda ittiham edilib.