Xəbər lenti

Klub tarixinin ən bahalı futbolçusu oldu
İdman11:09 06.05.2023

Klub tarixinin ən bahalı futbolçusu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqa klubu "Brayton" transfer rekordu qırıb.
Qaynarinfo-nun məlumatına görə klub braziliyalı hücumçu Joao Pedronu heyətinə qatmaqla bunu həyata keçirib. İngiltərə komandası futbolçu üçün 30 milyon funt-sterlinq ödəyib. Bu qiymət klub tarixinin rekordu olub. 21 yaşlı braziliyalı ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasına yayda qoşulacaq.
21 yaşlı futbolçu 2020-ci ildə "Fluminense"dən 11,5 milyon avroya "Uotford"a keçib və 109 oyunda 24 qola imza atıb.
Bu mövsüm Premyer Liqada avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Brighton" bazar ertəsi "Everton"la qarşılaşacaq.
Səbuhi Həsənov