Xəbər lenti

Klublarımızın Konfrans Liqasındakı potensial rəqibləri müəyyənləşdi
İdman16:44 21.07.2025

Klublarımızın Konfrans Liqasındakı potensial rəqibləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, püşkatmada Azərbaycan klubları - "Araz-Naxçıvan", "Zirə" və "Sabah"ın potensial rəqibləri müəyyənləşib.
"Petrokub” (Moldova) - "Sabah” cütünün qalibi "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) duetinin qalibi ilə görüşəcək.
"Zirə” - "Hayduk” (Xorvatiya) cütünün güclüsü "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütündə üstün olan tərəflə üz-üzə gələcək.
"Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) duelinin güclüsü ilə görüşəcək.
"Zirə" və "Araz-Naxçıvan" ilk görüşlərini evdə, "Sabah" isə səfərdə keçirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinn ilk oyunları avqustun 19-20-də, cavab görüşləri 26-27-də baş tutacaq.