
Qazaxıstanda futbol fanatının sevimli komandası "Şaxtyor" Qaraqandanın "Seltik" klubuna uduzmasına tab gətirməyib.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Taraz şəhərində baş verib.
Qazaxıstan komandasının məğlubiyyətindən sonra oyunu izləyən fanat özünü pis hiss eləməyə başlayıb. Onun üçün təcili yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər ölümü qeydə almaqdan başqa heç nə edə bilməyiblər.