Xəbər lenti

Köhnə binalarda evlər niyə sürətlə bahalaşır? - Ekspert qiymətləri açıqladı
Ekonomiks 12:06 03.11.2022

Köhnə binalarda evlər niyə sürətlə bahalaşır? - Ekspert qiymətləri açıqladı

"Son aylarda Bakıda köhnə binaların qiymətində intensiv artım müşahidə olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib. Ekspert bunun səbəbini vətəndaşların köhnə tikililərə marağının artması ilə izah edib:

"Bu marağın da əsas səbəbi köhnə tikililərin yeni tikililərə nisbət ucuz olmasıdır. Əgər yeni tikililərin qiyməti orta hesabla 172,200 manatdırsa, köhnə tikililər 124,500 manatdır. Bir ay əvvəl təmirli yeni tikililərdə orta qiymət 1 kv.m üçün 1725 manat olubsa, bu gün 1673 manatdır. Təmirli yeni tikili mənzilin orta qiyməti isə 176,576 manatdan 172,185 manata düşüb. Amma köhnə tikili və təmirli evlərin 1 k.m-i 1644 manatdan 1707 manata qalxıb. Mənzilin qiyməti isə 115 min manatdan 124,554 manata qədər bahalaşıb".

Nüsrət İbrahimov deyib ki, vətəndaşlar mənzil alarkən köhnə binalara daha çox etibar edir.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->