Xəbər lenti

Ekonomiks 13:17 24.07.2026

"Körpülərin İstismarı və Təmiri Müəssisəsi" ləğv olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" MMC ləğv olunduğunu elan edib.

Qaynarinfo  bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, Abşeron rayonu, 31-ci̇ məhəllə, istehsalat bazası ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->