
Xəbər verdiyimiz kimi, millimiz sabah Avstriyanın Bad Erlax qəsəbəsində Andorra yığması ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qaynarinfo.az xəbər verir ki, 2010-cu ildən Andorra millisini çalışdıran baş məşqçi Koldo yetirmələrinə yığmamızın Bakı Olimpiya stadionunda Moldova üzərində 2:1 hesablı qələbəsini izlətdirir. O bununla millimizin güclü və zəif cəhətlərini öyrənməyə çalışır.
Rəqibin Andorra La Velya şəhərinin "Kommunal" stadionundakı hazırlıqdan görüntüləri təqdim edirik.
Qaynarinfo.az