
İngiltərənin "Arsenal" klubu ilə bağlı transfer xəbərləri yayılıb.
Qaynarinfo.az xəbər verir ki, İspaniyanın "Real" klubundan ayrılmağı gözlənilən hücumçu Alvaro Moratanın "Arsenal"a keçəcəyi gözlənilir. "Real"ın prezidenti Florentino Peres bu transfer üçün 51 milyon funt təzminat istəyir. İddiaya görə, artıq "Arsenal" digər İngiltərə Premyer Liqa klubları kimi Morataya müqavilə təklif edib və danışıqlar masa ətrafında gedir.
Ancaq "Arsenal"ı ulduz futbolçuları Məsut Özil və Aleksis Sançesin tərk etmə ehtimalları hələ də qalıb. Ötən həftə "Arsenal"da komanda yeməyi təşkil olunub. Aleks Oksleyd-Çemberleynin "İnstaqram"ına yerləşdirdiyi fotoda 24 futbolçunun yer aldığı, ancaq Özilin olmaması şübhələri daha da artırıb. Ancaq onu da qeyd edək ki, həmin şəkildə Şkodran Mustafi və Santi Kasorla da olmayıb. Ancaq tezliklə müəyyən olunub ki, Özil həmin vaxt İsveçin Yötebory şəhərində şoppinq etməklə məşğul imiş.

Aleksis Sançes isə hələ də yeni müqavilə bağlamayıb. Bu barədə "Arsenal"ın fransız məşqçisi Rober Pires deyib. Çili yığmasının futbolçusu maaşının artırılmasını istəyir.
Bu arada fransalı hücumçu Mbay Nyanq "Milan"dan ayrılır. Baş məşqçi Vinçentso Montella bildirib ki, Nyanq İtaliya Kubokunda "Yuventus"a qarşı oynayamayacaq və klubu tərk edə bilər. Bu ay onun "Arsenal" və ya "Vest Hem"ə keçə biləcəyi istisna deyil.
Qaynarinfo.Az