Xəbər lenti

Komandamız "President Cup"da 5 idmançı ilə təmsil olunacaq
İdman12:46 11.03.2022

Komandamız "President Cup"da 5 idmançı ilə təmsil olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Parataekvondo milli komandamız İrana yollanır.
Qaynarinfo xəbər verir ki, komandamız, Tehran şəhərində 14 mart tarixində parataekvondoçular arasında keçiriləcək Asiya regionu üzrə "President Cup” G-2 kateqoriyalı beynəlxalq turnirində 5 idmançı ilə təmsil olunacaq. 
Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (K-44, 47 kq), Sabir Zeynalov (K-44, 58 kq), Sadiq Həmidov (K-44, 63 kq), İmaməddin Xəlilov (K-44, 70 kq), Əbülfəz Abuzərli K-44, 80 kq çəki dərəcəsində mübarizə aparacaq. 
Tehranda taekvondo yarışları davam edir və bu yarışlarda böyüklərdən ibarət millinin kişi və qadın taekvondoçuları da iştirak edirlər.
Səbuhi Həsənov