Xəbər lenti

Komitə prezidenti millinin üzvləri ilə görüşdü
İdman14:57 12.04.2022

Komitə prezidenti millinin üzvləri ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində boccia idman növü üzrə milli komandanın üzvləri ilə görüş keçirilib.
Milli Paralimpiya Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə prezidenti İlqar Rəhimov boccia idman növü üzrə milli komandasının üzvlərini Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş "İntercontinental Challenger” çempionatında uğurlu çıxışları münasibətilə təbrik etmişdir. O, bildirmişdir ki, yarışın çox çətin mübarizə şəraitində keçməyinə baxmayaraq, idmançılar qarşılarına qoyulan vəzifənin öhdəsindən layiqincə gəliblər, Azərbaycan bayrağını zirvələrə ucaldaraq himnimizi səsləndiriblər. Komitə prezidenti qeyd edib ki,əldə edilmiş nəticələr ölkə başçısı cənab İlham Əliyevin idmana olan dəstəyi və idmançılarımız bu dəstəyə uyğun olaraq əziyyətinin bəhrəsidir. . Komitə prezidenti İlqar Rəhimov görüşün sonunda idmançılara qarşıdan gələn yarışda uğurlar arzulayaraq bildirib ki, məqsəd boccia millimizin Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında ilk dəfə olaraq iştirak etməsidir.
Boccia İdman Federasiyasının baş katibi, milli komandanın baş məşqçisi İlham Məhərrəmov və komanda üvzləri çıxış edərək bildiriblər ki, qarşıda qoyulan məqsədlərə çatmaq üçün bundan sonra da intensiv şəkildə məşqlərə davam edəcəklər.
Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş "İntercontinental Challenger” çempionatında boccia idman növü üzrə milli komandanın üzvləri Bəhruz Mirzəyev və Sona Ağayeva qızıl, Orxan Kərimov isə yarışın bürünc medalını qazanmışdır.
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, idman şöbəsinin müdiri Rauf Mürsəlov və Komitənin boccia idman növü üzrə kuratoru Kamran Əliyev iştirak etmişlər.
Səbuhi Həsənov