Xəbər lenti

Komitə sədri: GMO məhsulların Azərbaycana gətirilməsi qadağandır
Ölkə19:32 03.10.2019

Komitə sədri: GMO məhsulların Azərbaycana gətirilməsi qadağandır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver ilə görüşüb.
Qaynarinfo-nun xəbərinə görə, E.İbrahimov bildirib ki, Azərbaycana genetik modifikasiya olunmuş (GMO) məhsulların idxalı qadağan edilib.
"Azərbaycanda yalnız ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edilir”, - deyə E.İbrahimov bildirib.
BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver qeyd edib ki, Azərbaycanın neft və qaz sahəsindən sonra kənd təsərrüfatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyması sevindirici haldır.