Xəbər lenti

Kompüter “Barselona”nı Çempionlar Liqasının ilk "üçlüy"ündə görmədi
İdman19:26 03.10.2020

Kompüter “Barselona”nı Çempionlar Liqasının ilk "üçlüy"ündə görmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FiveThirtyEight və onların kompüter modelinin hesablamalarına görə, "Barselona”nın 2020/21 Çempionlar Liqasını qazanma şansı 11%-dir.

Qaynarinfo sports.ru-ya istinadla xəbər verir ki, proqnozlaşdırmada katalonların komandası çempionatda qazanma şansı dördüncüsü olan klub kimi qiymətləndirilib.

Gözlədiyiniz kimi, favorit hesab edilən mövcud çempion "Bavariya"dır. Onların 20% ehtimalla tacı özlərinə qaytaracağı ehtimal edilir.

Proqnozlaşdırmada "Mançester Citi” 16 faiz, "Liverpul” isə 12%-lik ehtimalla ilk "üçlüy"ə daxildir.

Qrup mərhələsi baxımından kompüter "Barselona"nın rahat şəkildə pley-offa çıxacağını proqnozlaşdırır – onların 1/8 finala çıxmaq şansı 94%-dir.

Xatırladaq ki, G qrupunda "Barselona” "Yuventus”, "Dinamo” (Kiyev) və "Ferençvaroş”la qarşılaşacaq.

Alpər