Xəbər lenti

Konfrans Liqası: 1/8 finalın püşkü atıldı
İdman 18:31 27.02.2026

Konfrans Liqası: 1/8 finalın püşkü atıldı

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Qaynarinfo az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Türkiyə təmsilçisi "Samsunspor" bu mərhələdə İspaniyanın "Rayo Valyekano" klubu ilə qarşılaşacaq.

Püşkatma nəticəsi:

"Lex" (Polşa) - "Şaxtyor" (Ukrayna)
"Kristal Pelas" (İngiltərə) - AEK (Larnaka, Kipr)
"Samsunspor" (Türkiyə) - "Rayo Valyekano" (İspaniya)
"Siqma" (Çexiya) - "Maynts 05" (Almaniya)
AZ (Alkmar, Niderland) - "Sparta" (Çexiya)
"Fiorentina" (İtaliya) - "Rakuv" (Polşa)
"Sele" (Sloveniya) - AEK (Yunanıstan)
"Riyeka" (Xorvatiya) - "Strasburq" (Fransa)

Qeyd edək ki, bu raundun matçları martın 12-si və 19-da keçiriləcək.
--> -->