
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
59-cu dəqiqədə "köhlən atlar"ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb.
Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.
Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası da qırılıb.
Konfrans Liqası
Pley-off
Cavab oyunu
27 avqust
Qarabağ (Azərbaycan) - Tvente (Niderland) 1:4
Qol: Kafi Borges, 59 - Marko Pyatsa, 79. Maks Bruns, 90+2. Vaut Veqorst, 94. Lukas Venneqoor of Hesselink, 115.
Qırmızı vərəqə: Marko Yankoviç, 106.
Qarabağ: 23. Martin Zlomisliç, 5. Bruno Lanqa, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 7. Jali Muaddib, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 25. Cebrail Makreskis, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.
Tvente: 1. Lars Unnerstall, 38. Maks Bruns, 43. Ruud Nijstad, 3. Robin Pröpper (k), 28. Bart Van Roij, 6. Ramiz Zerruki, 42. Duda Veydmann, 11. Daan Rots, 27. Sondre Oryasate, 19. Yunes Taha, 9. Vaut Veqorst.
Ehtiyat oyunçular: 16. Coel Drommel, 22. Remko Pasveer, 4. Matias Kyolo, 7. Marko Pyatsa, 12. Gilyerme Peyşoto, 17. Filip Torvaldsen, 20. Tomas van den Belt, 24. Kristof Kurovski, 25. Lukas Venneqoor of Hesselink, 26. Benyamin Naqel, 29. Aske Adelqaard, 39. Jip Meylink.
Baş məşqçi: Con van de Brom.
Hakimlər: Rohit Saqqi, Anders Olav Dale, Ole Andreas Haukasen, Marius Hansen Qrotta (Norveç).
VAR: Kristoffer Haqenes (Norveç).
AVAR: Alan Kijas (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:0.