Xəbər lenti

Konfrans Liqası: "Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri müəyyənləşdi
İdman11:33 21.06.2023

Konfrans Liqası: "Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.
Bu raundda "Neftçi" "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi, "Qəbələ" "Omoniya" (Kipr), "Sabah" isə "Makedoniya” (Şimali Makedoniya) - RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.