Xəbər lenti

Konfrans Liqası: "Sabah", "Zirə" və "Sumqayıt"ın potensial rəqibi müəyyənləşdi
İdman12:30 22.07.2024

Konfrans Liqası: "Sabah", "Zirə" və "Sumqayıt"ın potensial rəqibi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah", "Zirə" və "Sumqayıt"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, "Sabah" "Makkabi" (İsrail) səddini aşacağı təqdirdə "Vaduts" (Lixtenşteyn) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Zirə" "Osiek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi klub II təsnifat mərhələsində "DAK-1904" (Slovakiya) kollektivinin müqavimətini qırmağa çalışacaq.
"Sumqayıt" isə Macarıstanın "Fehervar" kollektivini keçə bilsə, "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.