Xəbər lenti

Konqres Mərkəzi ilə
Ekonomiks 14:20 29.01.2026

Konqres Mərkəzi ilə "Mint Services" arasında 560 minlik "təmizlik sövdələşməsi"

Baki Konqres Mərkəzi "Mint Services" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət Bakı Konqres Mərkəzinin ofis otaqlarında, köməkçi binalarda və inzibati binasında təmizlik, çöl fasad şüşələrinin, damının və bütün fasad hissələrinin yuyulması xidmətlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 563 389,11 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Mint Services” MMC 27 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı, ev 609, "Globus Center", 7-ci mərtəbədə yerləşir. MMC-nin qanuni təmsilçisi Hümmətov Aqil Habil oğludur. Ondan əvvəl şirkəti İsmayılova Gülər Füzuli qızı təmsil edib. 

Açıq mənbələrdə "Mint Services” MMC haqqında heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi internet səhifəsi, nə də əlaqə telefonlarına rast gəlinir. 
Aqil Hümmətov barəsində hər hansı məlumat yoxdur. 

"Mint Services” MMC dövlət satınalmaları vasitəsi ilə təmizlik sahəsində ən çox gəlir götürən şirkətlərdən biridir. Şirkətin əsas sifarişçilərindən biri də Bakı Konqres Mərkəzidir. Mərkəz ötən il "Mint Services” MMC ilə 678 972 manatlıq müqavilə imzalayıb. 

2022-ci ildə isə Bakı Konqres Mərkəzi təmizlik işləri üçün "Mint Services” MMC-yə 410 498,4 manat ödəyib. 

Bakı Konqres Mərkəzi 2018-ci ildə qeydiyyata alınıb. Mərkəzin rəhbəri Ramin Qazı-Zadədir. 

Seyid
--> -->