Xəbər lenti

“Kopenhagen”ə cəza verildi
İdman16:40 22.08.2017

“Kopenhagen”ə cəza verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasında “Qarabağ”ın üz-üzə gələcəyi “Kopenhagen”ə 150 min kron pul cəzası kəsilib.

“Qafqazinfo” xəbər verir ki, ölkə çempionatının 4-cü turu çərçivəsində “Bröndbü” səfərinə yollanan “Kopenhagen”in azarkeşləri insidentə səbəb olublar. Bu səbəbdən görüşdə uzun müddətli fasilə yaranıb.

Beləliklə, komanda cərimədən başqa, sentyabrın 8-də “Midtülland”la ev qarşılaşmasında azarkeşsiz oynayacaq.

Lakin “Kopenhagen”in sahibi olan “Parken” İdman-Əyləncə şirkətinin baş direktoru Anders Hörsholt bildirib ki, pul cəzası ilə razılaşsalar da, azarkeşsiz oynama cəzasına görə apellyasiya şikayəti verəcəklər.

Qaynarinfo.Az