Xəbər lenti

Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Ölkə15:08 01.05.2020

Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Koronavirus infeksiyası aşkar etmədiyimiz rayonlar var. Amma həmin rayonlarda risk davam etdiyi üçün o ərazini sarı zonaya salırıq”.
Qaynarinfo-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, əgər ətraf rayonlarda da yoluxma aşkar olunmazsa, həmin sahəni yaşılla rəngləyə bilərik və prosesin sıfırlandığını açıq qeyd edə bilərik:
"Buna bölgə üzrə apardığımız epidemioloji təhlillərə əsasən qərar veriləcək”.