Xəbər lenti

Koronavirus xəstəsinin xəstəxanadan qaçması ilə bağlı rəsmi açıqlama
Ölkə08:32 03.02.2021

Koronavirus xəstəsinin xəstəxanadan qaçması ilə bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır".
Qaynarinfo xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb:
"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar".
Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri 25 nəfər COVID-19 xəstəsinin Bakıdakı xəstəxanadan qaçdığını iddia edib.