Xəbər lenti

Koronavirusa yoluxan İH müavininin vəziyyəti necədir? (AÇIQLAMA)
Ölkə08:18 10.04.2020

Koronavirusa yoluxan İH müavininin vəziyyəti necədir? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirusa yoluxan Cəlilabadın icra başçısının müavini Alıcı Dilavərov hələ xəstəxanadadır və müalicəsi davam edir.
Qaynarinfo xəbər verir ki, bunu Azvision.az açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, A.Dilavərov özünü yaxşı hiss etdiyini deyib: "Alıcı Dilavərovla telefon danışıqlarımız olur. O, özünü yaxşı hiss etdiyini və heç bir şikayəti olmadığını söyləyib. Hazırda karantin rejimindədir".