"Koronavirusun "Delta+" variantı daha yoluxucu və öldürücü virusdur və sürətlə yayılmağa malikdir".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, əgər virusun bu növü yayılarsa, dünyada ya dördüncü dalğa, ya da yeni pandemiyanın başlanığıcı ola bilər:
"Koronavirusun çoxsaylı mutasyon stamları var. Onların arasında "Hindistan ştammı" (Delta) kimi tanınan növləri var. "Delta" ikili mutasiyaya uğradığından onun hətta "Delta+" vaiantı da var. Buna görə də ciddi narahatlıq var".
Adil Qeybulla bildirib ki, Rusiya və Türkiyədə bu virusun yayılması Azərbaycanı narahat edir:
"Çünki Azərbaycan qloballaşan dünyanın tərkib hissəsidir. Bizdə də bu virusun ola biləcəyi istisna deyil. Bu baxımdan da karantinə ciddi əməl etməliyik. İnsanlar hələ karantinin bitmədiyinin fərqində olmalıdırlar".
Bahar Rüstəmli