Xəbər lenti

Korrupsiyaya görə tutulan məmur türmədə öldü - Azərbaycanda
Ölkə13:00 22.03.2014

Korrupsiyaya görə tutulan məmur türmədə öldü - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013-cü il, fevralın 4-də həbs olunan Yusif Dadaşov 1 saylı Bakı İstintaq Təcridxanasında ölüb. 

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, 43 yaşlı Yusif Dadaşov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Salyan rayon şöbəsinin əməkdaşı olub.

Y.Dadaşov adıçəkilən komitənin Salyan rayon şöbəsinin müdiri Oqtay Quliyevlə bir yerdə həbs olunmuşdu. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3 və 311.3.3-cü maddələri ilə cinayət işi açılmışdı. Məmurlar korrupsiyada ittiham olunurdular.

Y.Dadaşov həbsdə ikən insult keçirsə də məhkəmə onun barəsindəki həbs-qətimkan tədbirini dəyişməyib. O, Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə aparılıb və orada dünyasını dəyişib. Onun iki azyaşlı uşağı vardı.

Qaynar.info