
UEFA azarkeşlərin davranışlarına görə Xorvatiya və Kosovonun analoji qurumlarını cəzalandıra bilər.
Qaynarinfo.Az xəbər verir ki, buna Kosovo və Xorvatiya yığmaları arasında baş tutan 2018-ci il dünya çempionatının seçmə oyunu zamanı azarkeşlər tərəfindən anti-serb şüarlarının səsləndirilməsi səbəb ola bilər. Cəzanın dərəcəsi açıqlanmır.
Kosovo – Xorvatiya oyunu oktyabrın 6-da keçirilib və 0:6 hesabı ilə başa çatıb. Hər 2 ölkə Yuqoslaviyanın indiki varisi Serbiya ilə 90-cı illərdə müharibə etdiyindən, müsəlman və katolik azarkeşlər stadionda pravoslav serblər əleyhinə şüarlar səsləndirib.
Qaynarinfo.Az