Xəbər lenti

Kredit müqaviləsində nələrə fikir verməliyik? - Oxuyun ki, aldanmayasınız!
Ekonomiks17:24 12.12.2016

Kredit müqaviləsində nələrə fikir verməliyik? - Oxuyun ki, aldanmayasınız!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzən banklar kredit müqaviləsini anlamayan sadə vətəndaşları kiçik hiylələrlə aldadır.
Belə ki, ilk baxışda anlaşıqlı görünən müqavilənin daxilində gizlənən bəzi xırda məqamlar sonradan vətəndaşın ödəyəcəyi pulu 2, hətta 3 mislə çatdırır. Təəssüflər olsun, vətəndaş gerçəklərin fərqinə varan zaman isə çox gec olur. Bəs necə edək ki, banklara aldanmayaq? Kredit müqaviləsiləsində nələrə fikir verməliyik?
 ATV.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov qeyd etdi ki, kredit müqavilələri ilə vətəndaşın aldadılması şərtlərlə bağlı olur:
“Praktiki olaraq, banklar bəzi hallarda - həm faizin hesablanması, həm də müqavilə şərtlərində vətəndaşları aldadır. Xüsusən, nominal və effektiv faizlərin istifadə olunması vətəndaşın aldadılmasına gətirib çıxarır. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Bankı bunu qadağan edib. Amma buna rəğmən, yenə həmin banklar, eləcə də inşaat şirkətləri effektiv faiz terminindən istifadə edirlər. Effektiv faiz adətən nominal faizə nisbətən az olub. Müqavilədə effektiv faizin 16% olduğu qeyd olunur, amma reallıqda 30%-dir. Yəni, bank müştəriyə 30%-lik kredit təklif edir, amma müştəriyə deyir ki, 16%-dir. Bank onu müqavilədə 16% kimi yazır, onu effektiv faiz kimi təqdim edir, amma reallıqda krediti ödəyən zaman kredit 16% yerinə 30% hesablanır. Bu da nəticədə vətandaşın aldadılmasına gətirib çıxarır.
Aparılan monitorinqlər göstərir ki, ən ciddi problemlərdən biri də məhz banklarda gecikməyə görə hesablanan fazilərdir. Həmin faizlər kifayət qədər yüksək göstərilir. Vətəndaş isə ona diqqət yetirmir. Nəticədə vətəndaşlar həm faizdə, həm də şərtlərdə aldadılmış olur”.
Təklifiniz nədir?
İqtisadçı qeyd etdi ki, standart kredit müqavilələrinin tədbiq olunması problemdən çıxış yolu ola bilər:
“Standart kredit müqavilələrinin tətdbiq edilməsi vətəndaşların aldadılmasının qarşısını alacaq, qeyd edilən problemlər aradan qaldırılacaq. Effektiv faizlərdən istifadə birmənalı şəkildə qadağan edilməli, eyni zamanda, yubanmaya görə tətbiq edilən faizlərdə konkret normalar müəyyənləşdirməlidir. Standart kredit müqavilələrinin tədbiqi vacibdir”.
Qaynarinfo.Az