Xəbər lenti

Krımda QUR-un xüsusi əməliyyatı: Ukrayna ən müasir silahlardan istifadə edib
Dünya 14:35 25.08.2023

Krımda QUR-un xüsusi əməliyyatı: Ukrayna ən müasir silahlardan istifadə edib

Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Ukrayna kəşfiyyatının işğal olunmuş Krımda keçirdiyi xüsusi əməliyyat zamanı Kiyev özünün ən müasir silahlarından istifadə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.

"Mən deyə bilərəm ki, dünən Krım ərazisində müasir silahlarımızdan istifadə etməklə Rusiya Federasiyasına qarşı çox güclü əməliyyat aparılıb. Onların isə ölkəmizi azad etmək üçün ölkə prezidentinin qarşıya qoyduğu tapşırığı yerinə yetirməyimizə mane olacaq vasitələri yoxdur”, - o, "Azadlıq” radiosuna müsahibəsində bildirib.
Danilov vurğulayıb ki, bu, Ukraynanın Krım ərazisində həyata keçirdiyi ilk xüsusi əməliyyatdır və bu, ictimaiyyətə məlumdur. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri və Ukrayna xüsusi xidmət orqanları başqa əməliyyatlarda iştirak edib.

"Bizim bütün əməliyyatları cəmiyyətimizə hesabat verə bilmərik. Bircə onu deyə bilərəm ki, ölkəmizin bütün ərazisi, o cümlədən Krım Muxtar Respublikası terrorçulardan azad olunmayana qədər bu əməliyyatlar sona çatmayacaq”, - o, əlavə edib.

O qeyd edib ki, lazım gələrsə, "ruslar Ukrayna ərazisindən mümkün qədər tez çıxmalı olduqlarını başa düşməsələr”, bu, hərbi yolla həyata keçiriləcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->