Xəbər lenti

Kriptovalyuta bazarı çökür:
Ekonomiks 21:12 16.06.2022

Kriptovalyuta bazarı çökür: "Bitcoin" və "Atrium" 70 faiz dəyər itirib

Kriptovalyuta bazarında kəskin ucuzlaşma davam edir. Son 8 ayda investorlara 2000 trilyon dollardan çox ziyan dəyib.

Qaynarinfo bu barədə "Indipendent" qəzetinə istinadən xəbər verir.

Bu məbləğdə itirilmiş kapitalı ölkələrin ümumi daxili məhsulu ilə müqayisə etsək, yalnız 8 ölkənin ümumi daxili məhsulu həmin məbləğdən çoxdur. Bu müddətdə Kanada və İtaliya kimi ölkələrin ümumi daxili məhsulu 2 trilyon dollardan bir qədər çox, Braziliyanın ümumi daxili məhsulu isə 1,83 trilyon dollar olub.

Hazırda "Bitcoin"in qiyməti hazırda 22.000 dollar civarındadır. 70.000 dollara yüksələn və hər kəsin 100.000 dollara çatmasını gözləyən "Bitcoin" birdən-birə 20.000-25.000 dollar həddinə düşüb.

Həm "Bitcoin", həm də "Atrium" tokenləri pik nöqtəsindən təxminən 70% aşağı enib. "Bitcoin"in ümumi bazar dəyəri üzərində dominantlığı təxminən 47,25% təşkil edib. Onun ən böyük rəqibi olan "Atrium" 1300 dollar nişanını çətinliklə saxlaya bilib.

"Bitcoin"in baş dirktoru Şivan Tokral bildirib ki, azalmanı ümumi böhranla əlaqələndirib: "İstehlakçı qiymətləri indeksi 1981-ci ildən bəri ən yüksək inflyasiya barədə məlumat verdikdən sonra bütün dünya üzrə maliyyə bazarlarında kəskin azalma baş verdi. Artan ərzaq, qaz və enerji qiymətləri kriptovalyuta bazarına böyük təzyiq göstərir. Bazarın qarşıdakı həftələrdə qeyri-sabit qalacağı və dünyanın yüksək inflyasiya ilə bağlı hesabat verməyə davam edəcəyi gözlənilir”.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->