Spirtli içki istehsal edən "Kristall Plus” Qapalı Səhmdar Cəmiyyəti (QSC) inzibati qaydada auditdən yayınmaqda təqsirləndirilir.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Sözügedən maddəyə əsasən, "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 yüz manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə olunur.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, əsası 2004-cü ildə qoyulan "Kristall Plus” QSC Azərbaycanda, eləcə də onun sərhədlərindən kənarda konyakın, eyni zamanda, tünd və sərt içkilərin istehsalı, qablaşdırılması və satışını həyata keçirir.
Hazırda zavod "ProbaGold", "Medovaya", "ProbaSilver", "Zubrovka", "Starka", "Zernovaya", "Kubanskaya" kimi tünd, eləcə də "Oxota", "Konyak 3* kimi müxtəlif məhsullar istehsal edir.
Əhməd