Ulduz futbolçu Twitter səhifəsində "Qızıl top” mükafatının bütün klub personalına və azarkeşlərə aid olduğunu yazıb"Bu mükafat hər kəsə aiddir". ANS PRESS-in məlumatına görə, bu sözləri İspaniyanın “Real Madrid" komandasının və Portuqaliya millisinin oyunçusu Kriştiano Ronaldo öz twitter səhifəsində yazıb. “Qızıl top” mükafatı əlində bütün komanda heyəti ilə birgə şəkil çəkdirən ulduz futbolçu bu mükafatın bütün klub personalına və azarkeşlərə aid olduğunu yazıb.
Qeyd edək ki, Kriştiano Ronaldo 2013-cü il futbol mövsümü üçün “Qızıl top”a layiq görülüb. Ronaldo 2013-cü il futbol mövsümündə 59 oyunda yaşıl meydançaya çıxaraq 69 qola imza atıb. Kriştiano Ronaldo bu mükafatı futbol karyerasında 2-ci dəfə qazanıb.
Qaynar.info
