
Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo onun komandasının Dünya Çempionatına birbaşa qatılmaq şansının az olduğunu düşünür.
Qaynar.info "Azerisport.az"a istinadən xəbər verir ki, futbolçu bildirib ki, İsraillə heç-heçə oynamaqla özlərini çətin vəziyyətə salıblar.
"Buna baxmayaraq, bizim birinci olmaq şanslarımız qalır. Bunun üçün böyükhüsablı qələbə qazanaraq Azərbaycanın Rusiyanı məğlub etməsini gözləməliyik. İndi hər şey təkcə bizim özümüzdən asılı deyil, həm də azərbaycanlılardan asılıdır" deyə Ronaldo bildirib.
Qaynar.info

