Xəbər lenti

İdman 11:26 27.04.2023

Kuareşma karyerasını nə vaxt bitirəcəyini dedi

"Beşiktaş"ın keçmiş futbolçularından olan Rikardo Kuareşma bir mövsüm daha oynadıqdan sonra karyerasını bitirə biləcəyini deyib. 

Qaynarinfo-nun məlumatına görə, təcrübəli futbolçu bu barədə Portuqaliyada keçirilən xüsusi bir matçdan sonra "Rekord”a danışıb.

Təqaüdə nə vaxt çıxacağı ilə bağlı sualı cavablandıran Kuarejma "Futbol mənim həyatımdır. 20 il arzularımı həyata keçirməyə sərf etdim. Kiçik yaşlarımdan həmişə futbolçu olmaq istəmişəm. İndi buradayam. Karyeramı bitirmək həmişə ağlımdadır. Ən azı bir il daha davam etmək istəyirəm. Düşünürəm ki, daha bir il oynadıqdan sonra karyeramı bitirə bilərəm”, deyib.

Təcrübəli futbolçu bir müddət əvvəl "Porto" ilə müqaviləsini yeniləyən Pepe ilə bağlı açıqlamasında "Onun üçün xoşbəxtəm. Bu yaşda hələ mənim üçün dünyanın ən yaxşı müdafiəçilərindən biridir" deyə qeyd edib.

"Beşiktaş”da iki fərqli dövrdə çıxış edən Kuareşma ağ-qara komandada meydana çıxdığı 227 oyunda 38 qola, 77 məhsuldar ötürməyə imza atıb. Portuqaliyalı futbolçu sonuncu dəfə "Vitoriya Gimareş”də çıxış edib və ötən mövsüm başa çatdıqdan sonra komandadan ayrılıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->