Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki görüş baş tutacaq.
Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edəcək. Komandalar ölkə kubokunda indiyə qədər 4 dəfə qarşılaşıb. Bunların 3-də "Zirə" qələbə qazanıbsa, bir görüş heç-heçə nəticələnib. Top fərqi də "Səbail"in xeyrinədir - 5:2. Hər iki dueldə mərhələni "Zirə” adlayıb. "Səbail” qələbə qazanmayıb.
Günün son qarşılaşması Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Qəbələ"ni qəbul edəcək. İndiyədək yalnız bir dəfə üz-üzə gələn rəqiblər 3 il əvvəl finalda görüşüb. Həmin matçda "Qəbələ” bir qolla qalib gəlib.
2 fevral
"Zirə” – "Səbail”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 17:00
"Sumqayıt” – "Qəbələ”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Kapital Bank Arena”, 19:15
1/4 final mərhələsi çərçivəsində ötən gün baş tutan qarşılaşmalarda isə aşağıdakı nəticələr qeydə alınıb.
"Qarabağ" - "Keşlə" 1:0
"Neftçi" - "Sabah" 1:1
Səbuhi Həsənov