Xəbər lenti

Kubokun finalının meydan sahibi müəyyənləşdi
İdman10:52 04.05.2023

Kubokun finalının meydan sahibi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə qurumun texniki-idman direktoru Elgiz Abbasov, "Neftçi” Futbol Klubunu baş menecer Qədir Həsənov, "Qəbələ” İdman Klubunu isə menecer Məhəmməd Əzizli təmsil edib. Püşkün nəticəsinə əsasən "Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi "Neftçi” Futbol Klubu olub.
Azərbaycan Kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək
Səbuhi Həsənov