Xəbər lenti

Kubokun sahibi “Neftçi” oldu - Yenilənir
İdman17:55 22.05.2014

Kubokun sahibi “Neftçi” oldu - Yenilənir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan kuboku uğrunda həlledici oyun artıq start götürüb. 
“Qafqazinfo” xəbər verir ki, final mərhələsində “Qəbələ” “Neftçi” ilə qarşılaşır. “Qəbələ” tarixində ilk dəfə olaraq kubokun finalında mübarizə aparır. “Neftçi”  isə 6-cə dəfə kuboku başı üzərinə qaldırmaq istəyir.
***
Kubokun final matçında ilk 45 dəqiqə 0-0 hesablı heç -heçə ilə başa çatdı.
***
52-ci dəqiqədə “Neftçi”nin heyətində Samir Nəsimov hesabı mükəmməl qolla açıb.
***

71-ci dəqiqədə Marat İzmayilov “Qəbələ”nin bərabərlik qolunu vurub.

***

Görüşün 90-cı dəqiqəsi 1-1 hesablı bərabərliklə başa çatdığından hər biri 15 dəqiqəlik olan yarım saatlıq vaxt əlavə olunur. Əgər bu zaman kəsiyində də qalib müəyyənləşməsə, kubokun sahibi penaltılardan sonra bəlli olacaq.

***

“Neftçi” matçdan sonra penaltı zərbələrindən sonra 3-2 hesablı qələbə əldə edərək tarixi ərzində 6-cı dəfə Azərbaycan kubokunun sahibi olub.

Qaynar.info