İngiltərədə son on ildə nudist olduğu üçün bir-neçə dəfə həbs olunan Stiven Quk yenidən həbsə məhkum edilib. ANS PRESS-in məlumatına görə, Quk cəmiyyət içində çılpaq gəzdiyi və uyğun davranış sərgiləmədiyi səbəbindən Vinçester həbsxanasında 2,6 il həbsdə yatmalı olacaq.
"Daily Mail" xəbər verir ki, daha əvvəl aldığı həbs cəzasının ardından Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edən nudist Avropa İnsan Hüquqları haqqında Konvensiyanın ifadə azadlığı və şəxsi həyat haqqını nəzərdə tutan 8 və 10-cü maddələri çərçivəsində çılpaq gəzə biləcəyinə haqq qazandırmışdı. 54 yaşlı adamın ifadə azadlığına sahib olduğunu vurğulayan məhkəmə bunun Quka soyunma haqqı vermədiyini bəyan edib.
Qukun həbsə də çılpaq girmək istəməkdə israrçı olduğu, nudist adamın daha əvvəl bu səbəblə təkadamlıq kamerada saxlanıldığı bildirilir.
Həbsi barədə danışan Quk "Onlardan daha geniş bir dünya görüşə sahib olmalarını gözlədim. Olmadılar. Onsuz da hansı böyük cəhd öndəki maneələri aşmadan müvəffəqiyyətli olmuş ki? Niyə mənim üçün fərqli olsun? Davam etməkdən başqa seçimim yoxdur. Mən azadlığın tərəfindəyəm", deyib.
Həyatını çılpaq bir şəkildə gəzməyə həsr edən Quk ilk olaraq Kanadada bu işə başlayıb. 2003-cü ildə İngiltərədəki "Land`S End`ten John O`Groats" adlı nudizmə dəstək aksiyasına qoşulan Stiven 15 dəfə həbs olunmuş və 140 gecə həbs yatmışdır. 2005-ci ildə də eyni şeyi təkrar edən nudist adam, bu müddətdə yenidən həbs olunub.
Keçən ay cəmiyyət nizamını pozmaqla günahlandırılan Quk nudizmi özünə həyat norması seçdiyini bildirib.
Qaynar.info