Xəbər lenti

Küləkli hava davam edəcək
Ölkə08:13 22.04.2015

Küləkli hava davam edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Abşeron yarımadasında yağış yağacağı gözənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə havanın çiskinli olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8˚, gündüz 11-15˚ isti olacaq.

Aprelin 23-də Azərbaycanın bölgələrində də bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 5-10˚, gündüz 14-19˚, dağlarda gecə 0-5˚, gündüz 6-11˚ isti olacaq.

Qaynar.info