Xəbər lenti

Küləkli havaya görə Xəzərdə üzən gəmilərə xəbərdarlıq
Ölkə13:57 17.02.2021

Küləkli havaya görə Xəzərdə üzən gəmilərə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəzər dənizi akvatoriyasında küləkli hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.
Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. O bildirib ki, küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına təhlükəsizlik üçün sığınacaqlarda dayanmalarını təmin etmələri tapşırılıb: 
"Hava şəraiti ilə əlaqədar artıq qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb, gəmilər hazırda sığınacaqlardadırlar. Dənizdə onların yenidən fəaliyyəti 18 fevral axşam saatlarından sonraya nəzərdə tutulub".