Xəbər lenti

Kürdəmir əhalisi bir sutkadır susuz qalıb (SƏBƏB)
Ekonomiks13:15 15.02.2023

Kürdəmir əhalisi bir sutkadır susuz qalıb (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir gündür ki, Kürdəmir əhalisi susuz qalıb.
Bu barədə Qaynarinfo-ya rayon sakinləri məlumat verib. Sakinlər deyir ki, bununla bağlı aidiyyatı qurumlara məlumat verilsə də, hələ heç bir tədbir görülməyib.
2 nömrəli regional Su-kanal idarəsi Kürdəmir Su-kanal sahəsinin müdiri Arzu Şahbazov Qaynarinfo-ya açıqlamasında fevralın 14-də saat 17:00-də Külüllü-Kürdəmir 500 diametrli su xəttində qəza olduğunu deyib:
"Həmin saatdan indiyə qədər bütün idarənin əməkdaşları hadisə yerindədir. Bir-iki saata iş yekunlaşacaq və su verilişi bərpa olunacaq”.
Bahar Rüstəmli