Xəbər lenti

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü
Ölkə11:28 16.01.2014

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Sorsor kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Rəhimov Əhliman Bilal oğlunu idarə etdiyi 90-VX-282 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını ilə yolu keçmək istəyən piyadanı, rayon sakini, 1979-cu il təvəllüdlü Səmidov Famil Mirzəağa oğlunu vurub. 

Nəticədə F. Səmidov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynar.info