Xəbər lenti

Kürdəmirdə dəhşətli qəza: 2 ölü, 3 yaralı
Ölkə07:36 07.10.2013

Kürdəmirdə dəhşətli qəza: 2 ölü, 3 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində dəhşətli yol qəzası baş verib.

APA-nın xəbərinə görə, toy şənliyindən geri qayıdan Çöhranlı kənd sakini, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Gulağa Fərzəliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə  “VAZ-2106”-da olan sərnişinlər Zülfüqar Zeynalov və Zeyvə Umudova  dünyasını dəyişib. Sürücü  E. Umudov və onun azyaşlı övladları - 2008-ci il təvəllüdlü Şükür, 2009-cu il təvəllüdlü Müslüm, 2011-ci il təvəllüdlü Sahil və 1971-ci il təvəllüdlü Hüseynov Səyyad müxtəlif  dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına  yerləşdirilib.

S.Hüseynov və azyaşlı Sahil Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info