Xəbər lenti

Kürdəmirdə partlayış: 2 yaşlı uşaq yanaraq öldü
Ölkə16:15 01.04.2014

Kürdəmirdə partlayış: 2 yaşlı uşaq yanaraq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürdəmirdə evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin saytın məlumat verir ki, Kürdəmir rayonu, Sığırlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 408 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə partlayışla nəticələnən yanğın baş verib.

Yanğın nəticəsində 2-ci mərtəbənin yanar konstruksiyaları 179 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 2012-ci il təvəllüdlü Quliyev Kənan İslam oğlunun yanmış meyiti aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info