Kürdəmirdə baş verən yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Ağsu rayon Ərəbmehdibəy kənd sakinləri, 2 qardaş - Osmanov Elçin Qinyaz oğlu və Osmanov Qiyas Qinyaz oğludur.
Qeyd edək ki, hadisə Qarasaqqalı kəndində baş verib. "VAZ-2107” markalı avtomaşın hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin müxtəlif xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.