Xəbər lenti

Kuş Çoksi:
Ekonomiks 10:00 10.02.2026

Kuş Çoksi: "ABŞ şirkətləri Azərbaycanda keçirilən tenderlərə maraq göstərir"

ABŞ şirkətləri Azərbaycanda keçirilən tenderlərdə iştirak etməkdə maraqlıdırlar.

"Report" xəbər verir ki, bunu jurnalistlərlə görüşdə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.

Onun sözlərinə görə, Palata iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq imkanlarını fəal şəkildə axtarır ki, bunlar gələcəkdə ABŞ şirkətlərinə təklif oluna bilər.

"Biz ABŞ biznesi üçün maraqlı olan müxtəlif sahələrdə imkanları müəyyən edirik. Məsələn, ABŞ səfirliyindəki tərəfdaşlarımız və vasitəçilər vasitəsilə biz tender keçirən dövlət qurumlarına müraciət edərək onlar haqqında məlumat vermələrini xahiş etdik. Bundan sonra biz bu məlumatı ABŞ şirkətlərinə ötürürük", - K.Çoksi qeyd edib.

O vurğulayıb ki, Palatanın fəaliyyətinin daha bir istiqaməti biznes üçün mümkün maneələrin təhlili və onların aradan qaldırılması, həmçinin gələcək investisiyaların stimullaşdırılması üçün təkliflərin hazırlanmasıdır.

K.Çoksi əlavə edib ki, Palata həmçinin Azərbaycan biznesinə mal və xidmətlərə görə ödənişlərin inkişafı məsələsində köməklik göstərə bilər.

--> -->