Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Liverpul" İngiltərədə İtaliya "İnter"ini qəbul edəcək. İlk matçda "Liverpul" 2:0 hesabı ilə qalib gəlib. Günün digər qarşılaşmasında "Bavariya" Almaniyada Avstriya təmsilçisi "Zaltsburq"la görüşəcək. Tərəflər arasındakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.
UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları
8 mart
00:00. "Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) (İlk oyun - 2:0)
00:00. "Bavariya" (Almaniya) - "Zaltsburq" (Avstriya)
1/8 final mərhələsinin digər cavab oyunları ayın 9-da, 15-də və 16-da baş tutacaq.
Səbuhi Həsənov