Çempionlar Liqasında "pley-off" mərhələsinin cavaboyunlarına start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 5matç baş tutub və qrup mərhələsinin 5 iştirakçısı müəyyənləşib.
Evdə"Arsenal"a 0:3 hesabı ilə yenilən "Fənərbaxça" səfər matçında darəqibinə boyun əyib - 0:2. London klubuna iki oyunun nəticəsinə görə 0:5hesabı ilə yenilən Türkiyə təmsilçisi ardıcıl ikinci ildə də"play-off"da uduzaraq mübarizəni Avropa Liqasında davam etdirməkməcburiyyətində qalıb.
Zaqreb "Dinamo"su evdə0:2 hesabı ilə yenildiyi "Austria"nı səfərdə məğlub edib - 3:2. "Bazel"eyni hesabla "Ludoqorets"dən üstün olub. "Şalke 04" səfərdə PAOK-danüstün olub 3:2. "Styaua" isə səfər meydanında "Legia" ilə 2:2 hesablısülhə razılaşıb.
Bu nəticələrdən sonra"Arsenal", "Austria", "Bazel", "Styaua" və "Şalke 04" qrup mərhələsinəvəsiqə qazanıb. Son 5 xoşbəxtin adı bu gün müəyyənləşəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunları
27 avqust
Arsenal (İngiltərə) - Fenerbaxça (Türkiyə) 2:0
Qollar: Aaron Ramsey, 25; 72.
İlk oyun - 3:0.
Austria (Avstriya) - Dinamo (Zaqreb, Xorvatiya) 2:3
Qollar: Josip Simuniç, 4 (avtoqol). Roman Kienast, 82 - Marselo Brozoviç, 33. Junior Fernandes, 43. Fatoş Beçiray, 70.
İlk oyun - 2:0.
Basel (İsveçrə) - Ludoqorets (Bolqarıstan) 2:0
Qollar: Fabian Frey, 11. Filip Degen, 79.
İlk oyun - 4:2.
Legia (Polşa) - Styaua (Rumıniya) 2:2
Qollar: Miroslav Radoviç, 27. Yakub Rejniçak, 90+2 - Nikolae Stanku, 7. Federiko Piovakkari, 9.
İlk oyun - 1:1.
PAOK (Yunanıstan) - Şalke 04 (Almaniya) 2:3
Qollar: Stefanos Athanasiadis, 53. Konstantinos Katsouranis, 79 - Adam Szalay, 43; 90. Julian Draksler, 67.
İlk oyun - 1:1.