"Qranada" milli komandamızın üzvü Eddi İsrafilovdan imtina edib. Fanat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Mursiya"ya məхsus olan futbolçunun "Qranada" ilə icarə müqaviləsi iyunun 30-da başa çatır. La Liqa klubu həmin vaхtadək 1,5 milyon avro ödəməklə Eddinin transfer hüququna yiyələnə bilərdi. Lakin "Qradana" İsrafilovu heyətində saхlamaqdan imtina edib.
İndi futbolçumuz digər təklifləri nəzərdən keçirir. Eddinin хidmətində İspaniyanın "Almeriya", "Eybar" və İngiltərənin "Vets Bromviç" klubları maraqlıdı.
Eddi özü ideal.es-ə açıqlamasında gələcyi ilə bağlı danışıb: "Karyeramı harada davam etdirəcəyimi hələ bilmirəm. Bütün işlərimlə menecerim məşğul olur. Hazırda məni daha çox fiziki formam narahat edir. Çünki zədəmi yeni sağaltmışam və bu üzdən fiziki kondisiyalarımı yaxşılaşdırmağıma ehtiyac var. Yeni klubuma gəlincə, elə bir komandaya keçmək istəyirəm ki, orada oynaya bilim və gələcək üçün hər şey yaxşı olsun".
Eddinin хidmətində maraqlı olan klublardan biri "Almeriya"dı. Futbolçumuz özü elə Almeriyada dünyaya gəlib. İsrafilov bu komandaya simpatiyasının olduğunu bildirib: "İmkan olan kimi bu komandanın oyunlarına gedirəm. Amma "Almeriya"ya keçəcəyimə dair dəqiq bir söz deyə bilmərəm. Bilirəm ki, yaxşı komandadı, yaxşı baş məşqçisi var. Vaxtilə Sequnda Liqada onlara qarşı oynamışam".
Eddi İspaniyanın üçüncü liqasında çıfxış edən "Mursiya"ya qayıtmaq fikrində olmadığını bəyan edib: "Sequnda B-də çıxış etməkdə nə mən, nə də klub maraqlıdı".
Fanat.az