Yaxın aylarda La Nina hava fenomeninin baş vermə ehtimalı azalıb. Əgər yaranarsa, zəif və qısa ömürlü olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazıb.
"Yaxın aylarda La Nina hadisəsinin baş verməsi ehtimalı azalıb", deyə Avstraliya Meteorologiya Bürosu bildirib.
Meteoroloqların fikrincə, daxili iqlim modeli La Ninanın inkişaf etməyəcəyini göstərir və digər altı iqlim modelindən dördü də bunu dəstəkləyir.
"La Nina inkişaf edərsə, nisbətən zəif və qısamüddətli olacaq, eyni zamanda bütün modellər fevral ayında da neytral dəyərləri proqnozlaşdırır", deyə bürodan bildirilib.
"Reuters"in məlumatına görə, digər meteoroloqlar da La Ninanın görünüşünə daha az inamlı olublar.
Belə ki, ABŞ hökumətinin proqnozçısı bəyan edib ki, noyabrın sonuna qədər La-Nina ehtimalı 60% təşkil edir. Eyni ehtimal 2025-ci ilin yanvar-mart aylarında da qalacaq.
El Ninonun La Ninaya dəyişməsi - Nə mənası var?
La Niaa və El Nino Cənubi Amerikanın qərbində dəniz səthinin temperaturunun soyuması və istiləşməsi nəticəsində yaranır. La Nina və onun əksi olan El Ninonun inkişafı qlobal kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edir, çünki La Nina adətən şərq Avstraliya, Cənub-Şərqi Asiya və Hindistanda yağışı artırır, Amerikada yağışı azaldır.
La Nina zamanı Yer kürəsində temperatur azalır. Bu fenomen adətən Amerika regionunda uzun sürən quraqlıqlarla əlaqələndirilir. Bu, məhsulun azalmasına gətirib çıxarır və qlobal ərzaq böhranını daha da kəskinləşdirir.
Aydın
Şərhlər