Xəbər lenti

Laçın və Qubadlıda 40 min hektar ərazidə park salınacaq
Ölkə 16:59 24.09.2025

Laçın və Qubadlıda 40 min hektar ərazidə park salınacaq

Laçın və Qubadlı yasaqlıqların bazasında təxminən 40 min hektar ərazidə ikinci yeni milli park yaradılacaq.

Qaynarinfo "Trend"ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

Nazir müavini əlavə edib ki, "Böyük Qayıdış" proqramına əsasən, 2027-2030-cı il üçün dövlət proqramı üzrə tədbirlər planı hazırlanır.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə əsasən məsələlərdən biri də təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər müzakirə edilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->