Xəbər lenti

“Lake City” MTK məhkəməyə verildi
Ekonomiks09:21 06.02.2023

“Lake City” MTK məhkəməyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Lake City” adı altında yaşayış binası tikən şirkət barəsində protokol tərtib edilib. 
Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Xudaverdiyev Qurban Əli oğlu olan "Lake City" Mənzil-Tikinti Kooperativi (MTK) barəsində 518.3 maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün iş məhkəməyə göndərilib. 
İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sərliyi ilə baxılacaq.
Qeyd edək ki, məhkəmə protokolu təsdiqləyərsə "Lake City" MTK inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə - iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Əhməd