Xəbər lenti

Lalə Şövkət xəstəxanadan evə buraxılıb
Ölkə19:07 04.09.2020

Lalə Şövkət xəstəxanadan evə buraxılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət xəstəxanadan evə buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.
S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət evdədir və vəziyyəti yaxşılaşmağa doğru gedir: "Bir gün əvvəl Lalə xanımı xəstəxanadan evə buraxıblar. Vəziyyəti protokola uyğundur. Həkimlər onun səhhətini nəzarət altında saxlayırlar".
Qeyd edək ki, yoğun bağırsağında olan şişdən əziyyət çəkən Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət avqustun 22-də cərrahiyyə əməliyyatı olunub.